Xəzər Xəbər

Bu rayonlarda şimşək çaxıb, yağış yağıb FAKTİKİ HAVA

Cəmiyyət | 15:28 • 29 İyul 2020
Bu rayonlarda şimşək çaxıb, yağış yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə üzrə faktiki hava şəraitini açıqlayıb.


Nazirlikdən verilən məlumata görə, Milli Hidrometeorologiya Xidmətinin iyulun 29-u saat 15:00-a olan məlumatına əsasən, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Şəki, Tərtər, Biləsuvar, Yardımlıda şimşək çaxıb, yağış yağıb.


Şimal-qərb küləyi arabir Naftalanda 34 m/s, Tərtərdə 27 m/s, Bərdədə 20 m/s, Xaçmaz, Ağdamda 18 m/s, Mingəçevirdə 16 m/s, Yevlaxda 15 m/s-dək güclənib.

Xəbər lenti