Xəzər Xəbər

Selen çatışmazlığı virus xəstəliklərinin inkişafına səbəb ola bilər

Cəmiyyət | 13:23 • 29 İyul 2020
Selen çatışmazlığı virus xəstəliklərinin inkişafına səbəb ola bilər

Azərbaycan Milli Elmlər Akademiyasının Biofizika İnstitutunun Ekoloji biofizika laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor Tokay Hüseynov Bakı şəhər Baş Səhiyyə İdarəsində məruzə edib.


Akademiyadan xezerxeber.az-a bildirilib ki, məruzə selenin COVID-19, Ebola və digər RNT virus infeksiyalarının genomuna daxil olan HIV/AIDS-in inkişafına və patogenliyinə təsirinə dair araşdırmalara həsr olunub.


Tokay Hüseynov məruzəsində elmi cəhətdən sübut olunmuş tədqiqatlara əsaslanaraq qeyd edib ki, kimyəvi elementlərdən biri olan selenin (Se) insan qidasında çatışmazlığı dövrümüzün ən çox yayılan virus xəstəliklərinin inkişafına səbəb ola bilər. O, Hantavirus, Koksaki, quş qripi, Ebola və digər təhlükəli virus xəstəliklərinin COVID-19-a bənzər simptomlara malik olduğunu deyib.


Məruzəçi vurğulayıb ki, bir çox ölkələrdə, o cümlədən Azərbaycanda artmaqda olan selen çatışmazlığı birbaşa olaraq insan fəaliyyəti ilə əlaqəli ekoloji vəziyyətin ciddi şəkildə pisləşməsi nəticəsində yaranır.


Professorun sözlərinə görə, selenin dərman kimi istifadə edilməsi (əsasən natrium selenit şəklində) xəstələrin vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, hətta tam sağalmasına (Koksaki virusu – Keşan əyaləti, Çin) səbəb olub. Selen çatışmazlığından əziyyət çəkən bir çox ölkələrdə vəziyyətin normallaşmasını təmin etmək istiqamətində qanunvericilik səviyyəsində dövlət proqramları qəbul edilib.


COVID-19-un tənəffüs xəstəliklərindən daha çox damar xəstəliyi olduğunu söyləyən məruzəçi virusun faciəvi nəticələrinin əsasən qanın laxtalanması ilə əlaqədar olduğunu, natrium selenitin isə antitrombotik xüsusiyyətlərə malik və tromboksanın yaranmasına mane olduğunu vurğulayıb.


Alimin sözlərinə görə, COVID-19 virusuna yoluxma zamanı iflicin inkişafı ilə birbaşa əlaqəli olan trombopeniyanın baş verdiyi də aşkar edilib: "Bütün bunlar koronavirusa qarşı həssaslığın və onun ağırlaşmalarının selenin orqanizmə qəbul dərəcəsindən asılı olduğunu göstərir. Natrium selenit bu xəstəliyin müalicəsində təsirli ola bilər”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti