Xəzər Xəbər

Gürcüstandan daha 150-yə yaxın azərbaycanlı təxliyə olunub

Cəmiyyət | 11:42 • 29 İyul 2020
Gürcüstandan daha 150-yə yaxın azərbaycanlı təxliyə olunub

Azərbaycanın Gürcüstandakı səfirliyi iyulun 29-da daha 150-yə yaxın azərbaycanlının ölkəmizə təxliyəsini həyata keçirib.


Xezerxeber.az xəbər verir ki, təxliyə olunan azərbaycanlılar Tbilisidə koronavirus testindən keçiriliblər. Onların hamısının testinin cavabı neqativ olub.


Təxliyə olunanlar arasında Azərbaycan vətəndaşları ilə yanaşı, 100-ə yaxın soydaşımız, o cümlədən səkkiz Rusiya və bir Türkiyə vətəndaşı var.


COVID-19 arayışı alan insanlar səfirliyin qarşısından xüsusi avtobuslarla Azərbaycan-Gürcüstan sərhədindəki "Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılıblar. Azərbaycan ərazisinə daxil olan kimi həmin şəxslərin yaşadıqları yerə çatmaq üçün birgünlük icazələri olacaq.


Sonra onlar karantində saxlanılacaqlar.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar