Xəzər Xəbər

Qazaxda ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət | 10:01 • 29 İyul 2020
 Qazaxda ağacların qanunsuz kəsilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.


Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, lakin bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.


Belə ki, Qazax şəhəri, Coğaz çayının yatağında yerləşən torpaq sahəsində olan söyüd və qovaq ağaclarının qanunsuz kəsilməsi barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində toplanmış material üzrə Qazax rayon prokurorluğunda yoxlama aparılıb.

Aparılmış araşdırmalarla Qazax şəhəri, Coğaz çayının sağ sahilində yerləşən 5 ha torpaq sahəsinin qum-çınqıl istehsalı üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsə icarəyə verilmiş hissəsində olan yaş vəziyyətdə 12-14 diametrli 5 ədəd, 32-36 diametrli 4 ədəd söyüd ağacları, 12-14 diametrli 2 ədəd və 28 diametrli 3 ədəd qovaq ağaclarının 28 saylı Yol İstismar idarəsinin vəzifəli şəxslərinin göstərişi əsasında həmin idarəyə məxsus ağır texnika vasitəsilə qanunsuz olaraq kökündən çıxarılaraq və kəsilərək yük avtomaşını ilə naməlum istiqamətə daşınması nəticəsində təbiətə ümumilikdə 3200 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.


Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.


Hazırda istintaqı aparılan cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
521 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti