Xəzər Xəbər

Qurban bayramı ərəfəsində koronavirus təhlükəsi BUNLARI ETMƏYİN

Cəmiyyət | 17:22 • 28 İyul 2020
Qurban bayramı ərəfəsində koronavirus təhlükəsi

Kürdəmir rayonunun Pirili kəndinin 31 sakini koronavirus infeksiyasına yoluxub. Kürdəmir Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları Pirili kəndinə ezam olunublar və vəziyyətin nəzarətə götürülməsi istiqamətində gücləndirilmiş iş rejimində çalışırlar.


İnsanların Qurban bayramı ilə əlaqədar rayonlara və kəndlərə getməsi virusa yoluxanların sayının artmasına səbəb ola bilərmi?


XəzərXəbər xəbər verir ki, bununla bağlı baş infeksionist Cəlal İsayev Sonxeber.az-a açıqlama verib.


Baş infeksionist bildirib ki, kəndlərdə bir-iki nəfər virus daşıyıcısının olması, digər kənd sakinlərinin də virusa yoluxmasına səbəb olur. Eyni zamanda virus daşıyıcısı bilmədən evdəki yaxın insanları, qohumları yoluxdura bilir. Bu da kənd yerində kütləvi yoluxmalara gətirib çıxardır.


Bu gün epidemioloji situasiya bayram vaxtı rayonlara, kəndlərə getməyə imkan vermir. Çünki hələ də bizdə yoluxma faktları yüksəkdir. Bu epidemioloji vəziyyətin gərgin olaraq qalmasına baxmayaraq, müəyyən stabillik də var. Son vaxtlar sağlam insanların sayı yoluxanlardan çoxdur. Ancaq yenə də yoluxma yüksək səviyyədə qalmaqda davam edir.


İnsanlar yaşayış yerlərini vacib olmadığı təqdirdə tərk etməməli, karantin rejiminə əməl olunmalıdır. Hazırkı vəziyyətdə yoluxmanın yüksək olduğundan vətəndaşlarımız ehtiyat tədbirlərini əldən verməməlidir".

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar