Xəzər Xəbər

DİM: Müsahibədə 78 nəfər uğur qazanıb

Cəmiyyət | 12:15 • 28 İyul 2020
DİM: Müsahibədə 78 nəfər uğur qazanıb

Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.


Xezerxeber.az DİM-in iyulun 28-i saat 11:50-yə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə indiyədək 78 nəfər uğur qazanıb. Onlardan 20-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 18-i Kənd Təsərrüfatı Nazirliyində, 12-si Dövlət Statistika Komitəsində, 10-u Energetika Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 7-si Bakı şəhəri Səbail Rayon Məhkəməsində, 2 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.


Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2709 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.

Xəbər lenti