Xəzər Xəbər

MARAQLI PROQNOZ: Körpələr başqa yolla doğulacaq

Cəmiyyət | 16:58 • 27 İyul 2020
MARAQLI PROQNOZ:

Otuz ildən sonra bəşəriyyət nəslin davam etməsi üçün daha seksdən imtina edəcək, döllənmə süni yolla həyata keçiriləcək. İnsanlar məsuliyyət olmadan həzz xatirinə sevişəcək.


XəzərXəbər xəbər verir ki, bu proqnozu Stenford Universitetinin professoru Karl Cerrasi verib.


Oral kontraseptiv yaradıcısı olan Cerrasi özü 5 il əvvəl 92 yaşında ölüb. Öz proqnozlarında o iddia edirdi ki, bir neçə on illiklərdən sonra cəmiyyətdə dəyərlər dəyişəcək və bu da uşaq dünyaya gətirməyə (və ya doğuma) təsir edəcək.


Onun fikrincə, hazırda yalnız tibbi göstərişlə həyata keçirilən süni mayalanma tezliklə bütün inkişaf etmiş ölkələrdə yayılacaq.


Cerasinin sözlərinə görə, kişilər və qadınlar biomateriallarını dondurub sonra sterilizasiya edəcəklər. Nəticədə bəşəriyyət uşaq sahibi olmaq üçün doğru yaş barədə düşünməyi dayandırıb, karyera qurmaq məsələsi üzərində dayanacaq.


Alim belə vəziyyətin mənfi tərəflərinin olmayacağını bildirib.



Belə ki, qadınlar arzuolunmaz hamiləliklərin qarşısını ala biləcəklər, yəni abortlara ehtiyac olmayacaq.


Daha əvvəl isə alimlər araşdırmalar apararaq, mütəmadi seksin insan orqanizminə faydalarını öyrəniblər. (publika.az)

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
546 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti