Xəzər Xəbər

Elm və incəsənət sahəsində Vulf Mükafatı elan edilib

Cəmiyyət | 15:05 • 27 İyul 2020
Elm və incəsənət sahəsində Vulf Mükafatı elan edilib

2021-ci il üçün tibb, fizika, kimya, eləcə də musiqi sahəsində Vulf Mükafatı (Wolf Prize) elan edilib. Bu mükafat 1978-ci ildən milliyətindən, irqindən, dinindən, siyasi durumundan, cinsindən asılı olmayaraq bəşəriyyətə və xalqlar arasındakı dostluq münasibətlərinə faydalı töhfələr vermiş tanınmış incəsənət və elm adamlarına verilir.


Xezerxeber.az xəbər verir ki, bu barədə AMEA məlumat yayıb. Bildirilir ki, hər bir sahə üzrə mükafat diplom və 100.000 ABŞ dolları məbləğində müəyyən edilib. Mükafata qrup halında layiq görüldükdə o, qaliblər arasında bölünür.


Mükafat müəssisəyə deyil, şəxslərə verilir. İddiaçı özünü təqdim edə bilməz. Namizədlərin sənədləri sentyabrın 10-dək qəbul olunur.


Qeyd edək ki, Vulf Mükafatı Yerusəlim şəhərində İsrailin Prezidenti tərəfindən sahiblərinə təqdim olunacaq.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti