Xəzər Xəbər

Avqustun 5-dən sonra vəziyyət ciddiləşə bilər... PROFESSORDAN AÇIQLAMA

Cəmiyyət | 14:05 • 27 İyul 2020
Avqustun 5-dən sonra vəziyyət ciddiləşə bilər...

"İstənilən halda biz karantin qaydalarını sərtləşdirməliyik".

XəzərXəbər xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Operativ Qərargahın Qurban bayramı ilə əlaqədar hazırladığı tədbirlər planından danışarkən deyib. Professor bildirib ki, bayram ərəfəsində insanlar karantin qaydalarına əməl etməlidir:

"Adamlar maska taxmalı və sosial məsafə gözləməlidir. İnsanlar artıq küçələrə çıxacaq, sərbəst gəzəcək, ora-bura gedəcək. Belə bir vəziyyətdə deyilən şərtlərə əməl eləmək lazımdır".

Adil Qeybulla bildirib ki, avqust ayının 5-dən sonra müəyyən yumşalma gözlənilir:

"Əgər bundan sonra insanlar karantin qaydalarına riayət etməsələr, vəziyyət ciddiləşə bilər. Ona görə bu, mütləq nəzərə alınmalıdır".

Qeyd edək ki, Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bayramla bağlı xüsusi tədbir planı hazırlandığını bildirib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
520 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti