Xəzər Xəbər

Dünya əhalisinin yarısı sosial şəbəkələrdən istifadə edir

Cəmiyyət | 19:18 • 23 İyul 2020
Dünya əhalisinin yarısı sosial şəbəkələrdən istifadə edir

Cari ilin iyulunda dünyada sosial şəbəkə istifadəçilərinin sayı 3,96 milyard nəfərə çatıb. Bu o deməkdir ki, "Facebook”, "Instagram”, "Tik-Tok”, "Twitter” və digər servislərin ümumi auditoriyası tarixdə ilk dəfə Yer kürəsi əhalisinin yarısını (7,79 milyard) üstələyib.


Xezerxeber.az xəbər verir ki, bu rəqəmlər "We Are Social” agentliyi və "Hootsuite” alətinin tərtibatçıları tərəfindən hazırlanan hesabatda yer alıb.


Analitiklər təkcə qeydiyyatdan keçən istifadəçilərin sayını deyil, həm də aktiv auditoriyanın – sosial şəbəkələrə ayda azı bir dəfə daxil olanların hesablamasını aparıblar. Bundan başqa, reallıqda sosial şəbəkə platforması istifadəçilərinin sayı daha çoxdur, çünki əksər servislər tərəfindən 13 yaşdan kiçik uşaqların qeydiyyata alınması qadağan edilib.


Hesabata görə, 2019-cu ilin iyulundan bu ilin iyulunadək aktiv sosial şəbəkə istifadəçilərinin sayı 10,5 faiz (artım 376 milyon nəfər) artıb. Demək olar, bütün istifadəçilər – 99 faiz və ya 3,91 milyard onlara mobil qurğular vasitəsilə daxil olur.


Bu gün dünyada ümumi internet auditoriyasının həcmi 4,57 milyard nəfər (Yer kürəsi əhalisinin təxminən 60 faizi) təşkil edir. Son ildə ilk dəfə 346 milyon nəfər (artım 8,2 faiz) onlayn daxil olub. İstifadəçilər internetdə gündəlik orta hesabla 6 saat 42 dəqiqə keçirirlər.


Ən böyük artımı "Instagram” və "LinkedIn” şəbəkələri nümayiş etdirib. Son üç ayda "Instagram”a gündə 1 milyon yeni istifadəçi qoşulub. Hazırda "Instagram” istifadəçilərinin sayı 1,08 milyard nəfərdən çoxdur. Bu müddət ərzində "LinkedIn” şəbəkəsinin istifadəçi bazası 25 milyon artaraq 700 milyon nəfərə çatıb.


Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti