Xəzər Xəbər

Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb

Cəmiyyət | 12:37 • 23 İyul 2020
Latviyada təhsil təqaüd proqramının nəticələri açıqlanıb

Azərbaycan və Latviya arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq, 2020-2021-ci tədris ili Latviya Hökumətlərarası Təqaüd Proqramı üçün qarşı tərəfdən keçirilən müsabiqə nəticəsində 8 azərbaycanlı gənc bu ölkənin təqaüdünə layiq görülüb.


Təhsil Nazirliyindən xezerxeber.az-a bildirilib ki, Latviya hökumətinin bu təqaüdünü qazanan digər 27 ölkə üzrə ən çox təqaüd əldə etmiş 10 ölkə arasında Azərbaycan 8-ci yerdədir.


Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində saziş üzrə Azərbaycan vətəndaşları Riqa Texniki Universiteti, Latviya Universiteti, Vidzeme Tətbiqi Elmlər Universiteti, Stradınya adına Riqa Universiteti, və Turiba Universitetində müxtəlif ixtisaslar və təhsil səviyyələri üzrə təhsilini davam etdirmək hüququ qazanıb.


Xatırladaq ki, müvafiq təqaüd proqramı barədə elan fevralın 14-də verilib.

Xəbər lenti