Xəzər Xəbər

Azərbaycanda yeni seysmik stansiyalar quraşdırılacaq

Cəmiyyət | 14:55 • 22 İyul 2020
Azərbaycanda yeni seysmik stansiyalar quraşdırılacaq

"Qafqazda və Mərkəzi Asiyada Seysmik Şəbəkənin Genişləndirilməsi (Seismic Network Expansion in the Caucasus and Central Asia)” layihəsinin icrası ilə əlaqədar olaraq iyulun 22-də tərəfdaş ölkələrin müvafiq təşkilatlarının nümayəndələrinin videokonfransı keçirilib. 


İclasda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, baş direktorun müavinləri Ramiz İsgəndərov və Rauf Muradov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov iştirak ediblər.


Seysmoloji Xidmət Mərkəzindən xezerxeber.az-a verilən məlumata görə, layihə çərçivəsində Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə Azərbaycanda 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulur. Bildirilib ki, hazırda dünya ölkələrində COVID19 virusu ilə bağlı pandemiya vəziyyəti davam etdiyinə görə stansiyaların 2021-ci ilin yanvar ayının sonlarında Azərbaycana gətirilməsi nəzərdə tutulur. Müzakirələr zamanı yeni stansiyaların quraşdırılması üçün yerlərin seçilməsi, alınacaq cihazların parametrlərinə uyğun ilkin hazırlıq işlərinin aparılması və digər texniki məsələlərlə bağlı treninqlərin keçirilməsi qərara alınıb.

Xəbər lenti