Xəzər Xəbər

Bakıda qadına mesaj yazan polis işdən çıxarıldı

Cəmiyyət | 11:54 • 22 İyul 2020
Bakıda qadına mesaj yazan polis işdən çıxarıldı

Bakıda xidmətdə olan zaman qadının şəxsi məlumatlarını əldə edərək sonradan ona mesaj yazan polis əməkdaşı daxili işlər orqanlarından xaric edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sosial şəbəkələrdə polis əməkdaşı Zahir Abbasovun Bakıda xidmətdə olan zaman qadının şəxsi məlumatlarını əldə edərək sonradan ona mesaj yazması ilə bağlı yayılan məlumatlar Daxili İşlər Nazirliyində (DİN) araşdırılıb.


Araşdırmaların nəticəsinə uyğun olaraq Z. Abbasov xidmətdən xaric edilib.


Xəbər lenti