Xəzər Xəbər

Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri

Cəmiyyət | 11:16 • 21 İyul 2020
Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri

Azərbaycanda Qurban bayramı ilə əlaqədar beşgünlük iş həftəsində işləyənlər üçün avqustun 3-ü istirahət günü olacaq.


31 iyul və 1 avqust ölkədə Qurban bayramı qeyd edilir.


Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin "2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 712s nömrəli Sərəncamına və "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında” 2019-cu il 2 dekabr tarixli 461 nömrəli Qərarına əsasən, həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi və iş və istirahət günlərinin yerdəyişməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3 avqust tarixi istirahət günü hesab olunacaq. (Trend)

Xəbər lenti