Xəzər Xəbər

Alimlər qocalma prosesinin başlıca mexanizmlərini müəyyənləşdiriblər

Cəmiyyət | 14:27 • 20 İyul 2020
Alimlər qocalma prosesinin başlıca mexanizmlərini müəyyənləşdiriblər

Eyni genetik materiala malik hüceyrələrin eyni mühitdə qocalması iki müxtəlif yolla baş verə bilər. Müvafiq tədqiqatın nəticələri "Phys.org” portalında qeyd olunub.


Xezerxeber.az RİA Novosti saytına istinadla xəbər verir ki, Kaliforniya Universitetinin (San-Diyeqo, ABŞ) molekulyar bioloqları və biomühəndislər çörək mayasında (Saccharomyces cerevisiae) hüceyrə proseslərini tədqiq ediblər. Alimlər mikrohidrodinamikanın və kompüter modelləşdirilməsinin köməyilə müəyyən ediblər ki, təqribən hüceyrələrin yarısı nüvədə (nüvə DNT-də, burada zülalların sintezi üçün əsas komponentlərin formalaşması baş verir) sabitliyin tədricən azalması nəticəsində qocalır. Hüceyrələrin digər yarısında isə mitoxondrilərdə disfunksiya baş verir.


Məlum olub ki, qocalmanın iki yolundan biri erkən yaşda müəyyən olunur və hüceyrələr ömür boyunca bu yolla gedirlər. Lakin tədqiqatçılar kompüter modelləşdirməsinin köməyilə əsas molekulyar sxemi dəyişdirə biliblər. Onlar hüceyrə DNT-ni modifikasiya edərək uzun ömürlü qocalma yolu yaradıblar.


Mütəxəssislər bu cür tədqiqatları digər hüceyrələrdə və orqanizmlərdə, o cümlədən insan toxumasında davam etdirmək fikrindədirlər.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti