Xəzər Xəbər

O dərdli uşağın göz yaşı üçün...

Cəmiyyət | 16:34 • 18 İyul 2020
 O dərdli uşağın göz yaşı üçün...

Tovuz rayonu istiqamətində xain düşmənin törətdiyi hərbi təxribat nəticəsində Azərbaycan ordusunun bir qrup hərbçisi şəhid olub. Leyla Əliyeva "O dərdli uşağın göz yaşı üçün...” adlı şeirində bu itkidən doğan kədər hisslərini, xalqımızın qələbə əzmini, işğal altında inləyən torpaqlarımızın azad olunacağına inamını ifadə edir.

Xezerxeber.az şeiri təqdim edir.

O dərdli uşağın göz yaşı üçün...

Bombalar səs-səsə veriblər yenə,

Vətənin bağrından qan axır indi.

Düşmən gülləsinə tuş olan əsgər,

Yaran qəlbin qədər dərin, dərindi.

Ağlayır bir ata itirmiş uşaq,

Ağlayır göylərdə Günəş də bu gün.

Ellikcə savaşa hazırıq, Vətən,

O dərdli uşağın göz yaşı üçün.

Bir gün qayıdacaq yerinə hər şey,

Bir gün sevinəcək bu yurd, bu ocaq...

Ancaq o atanın isti qucağı

Bir də o uşağa açılmayacaq.

Elimiz qələbə sorağı gözlər:

Gözləri yoldadı, qulağı səsdə.

Analar əlini qoyub and içir

Oğul itkisinin ağrısı üstə.

Gün gələr, o zəfər xəbəri gələr,

Öpər igidlərin başdaşlarını.

Ata nisgilylə qovrulan uşaq

Dəfn elər gözündə göz yaşlarını.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
543 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti