Xəzər Xəbər

DİN rəhbərliyi yayılan iddianı nəzarətə götürdü

Cəmiyyət | 15:12 • 18 İyul 2020
 DİN rəhbərliyi yayılan iddianı nəzarətə götürdü

"Dünən sosial şəbəkələrdə metronun "Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmamasını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazması iddiaları paylaşılıb.


Bununla əlaqədar bildiririk ki, məsələ DİN rəhbərliyinin nəzarətindədir və faktın araşdırılması üçün müvafiq göstərişlər verilib. Əgər iddialar təsdiqini taparsa həmin əməkdaş barədə ciddi tədbir görüləcək".


Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Xəbər lenti