Xəzər Xəbər

AZAL Budapeştdən Bakıya birbaşa çarter reysi yerinə yetirib

Cəmiyyət | 11:31 • 18 İyul 2020
AZAL Budapeştdən Bakıya birbaşa çarter reysi yerinə yetirib

İyulun 18-də səhər saatlarında Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Budapeştdən Bakıya birbaşa çarter reysi yerinə yetirib.


AZAL-dan bildirilib ki, Macarıstanın paytaxtından həyata keçirilən uçuşa yalnız koronavirus COVID-19-a dair test verən və nəticəsi neqativ olan sərnişinlər buraxılıb. Müəyyən edilmiş qaydalara uyğun olaraq vətənə qayıdan 48 sərnişin iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır. ⠀


Xatırladırıq ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın əvvəlcədən razılaşdırılmış planına uyğun qaydada yerinə yetirilir.


Xəbər lenti