Xəzər Xəbər

Ermənilər azərbaycanlı smartfon istifadəçilərinin məlumatlarını ələ keçirməyə çalışır – Bu qaydalara əməl edin!

Cəmiyyət | 15:37 • 16 İyul 2020
Ermənilər azərbaycanlı smartfon istifadəçilərinin məlumatlarını ələ keçirməyə çalışır –

Ordumuzun Azərbaycan-Ermənistan sərhədi istiqamətində Ermənistan silahlı bölmələrinə sarsıdıcı zərbələr vurmasından sonra ermənilər intiqam almaq üçün gücsüzlüklərindən müxtəlif hiylələrə və təxribatlara əl atırlar.


Düşmən daha bir məkrli niyyətini smartfonlar və mobil platformalar vasitəsilə həyata keçirməyə çalışır. Ona görə də smartfon istifadəçisi olan və müxtəlif mobil applikasiyalardan fəal istifadə edən vətəndaşlarımız bu məsələdə son dərəcə diqqətli olmalı, aşağıda qeyd olunan tövsiyələri ciddi şəkildə nəzərə almalıdırlar:


- Ermənilər Azərbaycan və türk dillərində vətəndaşlarımıza "Azərbaycanda nə baş verir?” mövzusunda mesajlar yazırlar. Telefonlarınıza 050 558-28-81 və 055 229-84-93 , +90 539 507-06-81 nömrələrdən mesajlar gələ bilər. Bu nömrələrdən gələ biləcək mesajlara qəti şəkildə cavab verməmək xahiş olunur. Çünki düşmən belə məlumatları toplayıb Azərbaycanın planlarını öyrənir və yeni planlar qururlar.


- Əgər mobil telefonlarınızda "Snapchat” və "PicsArt” proqramları varsa onları silin. Çünki bu proqramların kodlarını qırıb fotoşəkillərinizi götürə və çirkin niyyətlərlə istifadə edə bilərlər. Əsasən qızların telefonlarındakı proqramlarının kodunu qırıb onların fotoşəkillərini götürür, səhifələrində paylaşıb nalayiq sözlər, şərhlər yazır, yaxud şantaj edirlər. Ona görə də həmin proqramları silmək xahiş olunur.


- Sizin mobil telefonunuza "Instagram” linki kimi SMS göndərilə bilər. Həmin mesaj mobil telefonunuza gələrsə, o mesajı qətiyyən açmayın və göstərilən linkə daxil olmayın. Belə mesaj və bildirişlər WhatsApp və digər proqramlar vasitəsilə də telefonlarınıza gələ bilər. Həmin mesajı dərhal silin. Əgər həmin linkə daxil olsanız sizin mobil telefonunuzda nə varsa ermənilərin əlinə keçə bilər. Yəni, qətiyyən o linkə daxil olmayın. Mesajlar sizə gələn kimi açmamış silin. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar