Xəzər Xəbər

Sahil Babayev: Özəl sektorda əmək müqaviləsi ilə işləyənlərin sayı 751 minə çatıb

Cəmiyyət | 11:36 • 16 İyul 2020
Sahil Babayev: Özəl sektorda əmək müqaviləsi ilə işləyənlərin sayı 751 minə çatıb

Sosial rifah və məşğulluğa dəstək Tədbirlər Planının ikinci əsas istiqaməti məşğulluq tədbirləri idi və bu çərçivədə işimiz iki istiqamətdə qurulmuşdu. Birinci istiqamət bu gün əmək müqaviləsi ilə işləyənlərin iş yerlərinin qorunması və işsizliyin artmasına imkan verilməməsi ilə bağlı işlərdir. Bu sahədə aparılan həm dəstək tədbirləri, həm də inzibati tədbirlər nəticəsində çox müsbət dinamika əldə edildi. Qeyd edim ki, dövlət sektoru üzrə 900 min iş yeri qorundu, onların hər birinin əməkhaqqısı ödənildi. Eyni zamanda, özəl sektorda 110 min əmək müqaviləsi, 17 faizlik bir artım meydana çıxdı.


Xezerxeber.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.


Nazir, həmçinin deyib: "Bu gün əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751 minə çatıb. Əlbəttə ki, burada da qeyri-formal məşğulluqla mübarizə ilə bağlı Sizin verdiyiniz tapşırıqların icrası nəticəsində əldə edilən bu göstəricini vurğulamaq lazımdır. Eyni zamanda, özəl sektorumuzun Sizin çağırışlarınıza səs verməsi və mövcud iş yerlərinin formallaşdırılması, leqallaşdırılması sahəsində də aparılan tədbirlər qeyd olunmalıdır. Bu əmək müqavilələrinin sayının artımı nəticəsində əməkhaqqı fondunda da 8 faizlik artım yaradıldı. Özəl sektorda artım 14 faizdən yuxarıdır”.

Xəbər lenti