Xəzər Xəbər

Magistraturaya qəbul olanların onlayn qeydiyyatının vaxtı uzadılıb

Cəmiyyət | 11:37 • 15 İyul 2020
Magistraturaya qəbul olanların onlayn qeydiyyatının vaxtı uzadılıb

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində onlayn qeydiyyat müddəti iyulun 20-dək uzadılıb.


Dövlət İmtahan Mərkəzindən xezerxeber.az-a verilən məlumata görə, bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.


15 iyul saat 11:15-ə olan məlumata əsasən, qəbul olunan bakalavrlardan 72%-i qeydiyyatdan keçib.


Ali təhsil müəssisələrinin qeydiyyat müddətinin artırılması ilə bağlı müraciətləri nəzərə alınaraq DİM tərəfindən müəyyən olunan son qeydiyyat tarixi iyulun 20‑dək uzadılıb.


Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.


Xatırladaq ki, cari ildə bir ali məktəbin bakalavr səviyyəsini tam bitirən və akademik borcu olmayan, lakin digər ali məktəbin magistratura səviyyəsinə qəbul olunan bakalavrlardan qeydiyyat zamanı tələb olunan ali təhsil müəssisəsini bitirməsi haqqında arayışı daxil olduğu ali təhsil müəssisəsinə təqdim etməyə ehtiyac yoxdur. Dövlət İmtahan Mərkəzi tərəfindən onlayn qeydiyyat proseduru nəzərə alınaraq ali təhsil müəssisələrinin bu prosesi həyata keçirən məsul şəxslərinə "Tələbə-məzun dövlət elektron məlumat sistemi”nə daxil edilən bakalavrların məlumatlarını qeydiyyat sistemi vasitəsilə onlayn əldə etmək imkanı yaradılıb.


2020-ci il iyulun 20-dək tələb olunan digər sənədləri təqdim etməyən və onlayn qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti