Xəzər Xəbər

Testin mənfi olması koronaviurusun 100 faiz olmadığını təsdiq etmir

Cəmiyyət | 18:34 • 13 İyul 2020
Testin mənfi olması koronaviurusun 100 faiz olmadığını təsdiq etmir

Mövcud vəziyyətdə yalnız COVID-ə deyil, qripə və digər respirator infeksiya xəstəliklərinə yoluxanlar da həkim müşahidəsi altında saxlanılmalıdırlar.


Bunu Trend-ə COVID-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.


Onun sözlərinə görə, COVID-19-a xas olan simptomların müşahidə edildiyi, amma PSR test nəticəsinin neqativ çıxdığı xəstələr koronavirusa yoluxma şübhəsi olan xəstələr kimi qəbul edilməli, onlar üçün bütün qoruyucu tədbirlər görülməlidir.


N.Seyidov bildirib ki, COVID-19-a xas olan simptomlara oxşar əlamətlərin müşahidə edildiyi xəstələr qripə, digər respirator infeksiya xəstəliklərinə də yoluxmuş ola bilərlər:


"Mövcud vəziyyətdə bizim narahat olduğumuz ilk məsələ koronavirusdur. Ona görə belə xəstələrin vəziyyəti müşahidə altında saxlanılmalıdır. Həmin şəxslər tibbi maskadan istifadə edərək ailə üzvlərini və ətrafdakılarını qorumalıdır. Onlardan təkrar analizlər götürülməlidir. Amma bu dəfə udlaqdan deyil, daha dərindən - traxeyadan götürülməlidir. Bu halda analizlərin nəticələri udlağa nisbətən daha dəqiq olsa da, yenə də 100 faiz dəqiq olmur".


N.Seyidov əlavə edib ki, COVID-19, qrip və ya digər respirator xəstə olub-olmamasından asılı olmayaraq, vəziyyəti orta ağır və ağır olan bütün xəstələr tibb müəssisələrində müalicə edilməlidir:


"Onlarla COVID riski olan xəstələr kimi davranılmalıdır. Çünki testin nəticəsinin mənfi olması koronaviurusun 100 faiz olmadığını təsdiq etmir".

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024

Xəbər lenti