Xəzər Xəbər

Su sızmaları barədə məlumat verən mobil tətbiq istifadəyə veriləcək

Cəmiyyət | 13:24 • 10 İyul 2020
Su sızmaları barədə məlumat verən mobil tətbiq istifadəyə veriləcək

Bu gün Kür çayı hövzəsinin bütün əsas tərəfləri üçün "Hydro-Heroes” mobil tətbiqinin ilk virtual təqdimatı keçirilib.


Bu mobil tətbiq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərsu” ASC, IDEA və BMTİP-QEF Kür II Layihəsi tərəfindən hazırlanır.


BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisindən bildiriblər ki, mobil tətbiq bütün vətəndaşları mobil telefonları vasitəsilə su sızması barədə məlumatları geolokasiya etiketlərindən istifadə edərək bələdiyyələrin su təşkilatlarına və "Azərsu” ASC-yə birbaşa bildirməyə təşviq etmək məqsədi daşıyır.


Mobil tətbiqdə həmçinin təhsil komponenti var – buraya suyun qorunması ilə bağlı məsləhətlər və ev təsərrüfatlarının gənc üzvləri üçün əyləncəli oyunlar daxildir.


Mobil tətbiq "Instagram”, "Facebook”, "Twitter”, "WhatApp” kimi sosial media platformalarında istifadə edilə bilər. İstifadəçilərin Kür çayı haqqında daha çox məlumat əldə etmələri üçün "Kür Boğçası” tədris vasitəsinin genişləndirilmiş reallıq versiyası da təqdim ediləcək.


Mobil tətbiqin tamamlanmış beta versiyasının avqustun sonlarında Azərbaycan, Gürcüstan və digər ölkələrdə ictimaiyyət üçün istifadəyə verilməsi gözlənilir.


Su çatışmazlığı qlobal problemdir. İnsanlar kömək etmək istəyir, amma nə etməli olduqlarını bilmirlər. Şəhərlərdəki su sızmaları qiymətli şirin su ehtiyatlarının böyük ölçüdə tükənməsinə səbəb olur. Su sızmaları haqqında məlumatın daha sürətli şəkildə bildirilməsi və bu problemin ən tez zamanda aradan qaldırılması ilə suya daha çox qənaət edilə bilər. Bu mobil tətbiq hər kəsə hidro-qəhrəman olmağa kömək edəcək.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti