Xəzər Xəbər

Pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım olub

Cəmiyyət | 12:39 • 8 İyul 2020
Pensiyaların orta aylıq məbləğində 27 faizə yaxın artım olub

Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən sosial müdafiə tədbirləri pensiyaların da mütəmadi artımına imkan yaradıb və bu artım 2020-ci ildə də davam edib.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, bu ilin əvvəlindən pensiyaların indeksləşdirilərək 16,6 faiz artırılması təmin olunub. 1 milyon 200 min pensiyaçını əhatə edən bu artım üçün ayda əlavə olaraq 43 mln. manat vəsait yönəldilib.


Ümumilikdə, 2020-ci ilin 6 ayında ölkəmizdə pensiyaların orta aylıq məbləği 2019-cu ilin müvafiq dövrünə nisbətən 27 faizə yaxın artaraq 300 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 25,24 faiz çoxalaraq 330 manata yaxın olub.



Bu ilin ilk yarımilində pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 436,51 mln. manat və ya 24,09 faiz çox olmaqla, 2 milyard 250 milyon manat vəsait sərf edilib.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti