Xəzər Xəbər

Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqlar üçün onlayn müsahibələr başa çatıb

Cəmiyyət | 14:39 • 6 İyul 2020
Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqlar üçün onlayn müsahibələr başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların I sinfə qəbulu üçün təşkil olunmuş onlayn müsahibələr başa çatıb.


BŞTİ-dən xezerxeber.az-a bildirilib ki, onlayn müsahibə üçün müraciət edən vətəndaşların övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak ediblər.


Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün məktəb seçimi imkanı yaradılacaq. Müsahibənin nəticəsi məqbul hesab edilməyən uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.


Onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılıb. Müsahibənin nəticəsi üzrə təşkil olunmuş onlayn Apelyasiya Komissiyasına edilmiş müraciətlərə təhsil qanunvericiliyinə və digər normativ aktlara uyğun baxılması təmin olunub.


Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ənənəvi (canlı) müsahibə formasını seçən vətəndaşlara da onlayn müsahibələrdə iştirak etmək imkanı yaradılıb. Bununla bağlı vətəndaşlara SMS bildiriş göndərilib, eyni zamanda, sistemdəki "Əlaqə” bölməsi vasitəsilə əlavə məlumat verilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti