Xəzər Xəbər

ÜST COVID-19-a qarşı daha bir preparatın kliniki testlərini dayandırıb

Cəmiyyət | 16:39 • 5 İyul 2020
ÜST COVID-19-a qarşı daha bir preparatın kliniki testlərini dayandırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-a qarşı daha bir preparatın kliniki testlərini dayandırıb.


ÜST-ün koordinasiyası əsasında Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) qarşı istifadə edilən lopinavir/ritonavir preparatları ilə kliniki testlər aparılırdı və beynəlxalq təşkilat bu testlərin dayandırılması barədə qərar qəbul edib. ÜST-ün rəsmiləri bildiriblər ki, testlərin dayandırılması dərmanların hansısa mənfi təsiri ilə əlaqədar deyil, daha çox COVID-19 xəstəliyinin gedişatına praktiki olaraq heç bir təsir göstərməmələri ilə izah olunur.


ÜST-ün eyni qərarı malyariyaya qarşı tətbiq edilən hidroksixloroxinlə bağlı da verilmişdi, lakin həmin dərman preparatının pasiyentlərə mənfi təsiri, eləcə də ölüm hallarının artmasına aparıb çıxarması ehtimalı bu qərarın qəbulu ilə nəticələnmişdi.


ÜST-dən həmçinin bildirilib ki, bu dərman preparatları yalnız xəstəxanalarda müalicə olunan və vəziyyəti ağır qiymətləndirilən xəstələr üzərində test edilib. Profilaktik məqsədlə və ya ev şəraitində müalicə alan şəxslərin qəbul etdikləri dərmanlar protokolunda bu preparatlar yer almırlar. 39 ölkədən 5500 xəstənin qəbul etdiyi dərmanlarla bağlı aparılan həmrəylik tədqiqatında COVID-19 xəstəliyinin gedişatında hansı preparatla müsbət nəticə əldə olunması öyrənilir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti