Xəzər Xəbər

Xüsusi karantin rejimini pozan 1818 nəfər məsuliyyətə cəlb edilib

Cəmiyyət | 12:21 • 5 İyul 2020
 Xüsusi karantin rejimini pozan 1818 nəfər məsuliyyətə cəlb edilib

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 04.07.2020-ci il saat 00:00-dan 05.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1422 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 393 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 3 nəfər olmaqla ümumilikdə 1818 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.


Bu barədə xezerxeber.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.


Qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 55-i rayon, 71-i paytaxt istiqamətinə olmaqla 126, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 43-ü rayon, 92-i paytaxt istiqamətinə olmaqla 135, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 153-ü rayon, 128-i paytaxt istiqamətinə olmaqla 281 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 542 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti