Xəzər Xəbər

Pnevmoniya olanlar tam sağalmaq üçün bunları yesinlər MƏSLƏHƏT

Cəmiyyət | 09:41 • 4 İyul 2020
Pnevmoniya olanlar tam sağalmaq üçün bunları yesinlər

Son zamanlar daha adını daha çox eşitməyə başladığımız pnevmoniyadan sağalan xəstələr qəbul etdikləri qidalar ilə immun sistemlərini daha da möhkəmləndirməlidirlər. Bəs bu qidalara nə aiddir?


XəzərXəbər medicina.az-a istinadən bildirir ki, rusiyalı kardioloq və terapevt Svetlana Zubailova orqanizmin güclənməsi üçün gündəlik zülal qəbulu, eləcə də vitamin və mineralların şərt olduğunu deyir. Xəstəlikdən sonra balıq xüsusi ilə çox faydalıdır.


Dəniz məhsulları endokrin sistemin sağlamlığı üçün vacib olan yodla zəngindir. Dəniz məhsullarında olan protein asanlıqla sovrulur və tərkiblərində təhlükəli yağlar yoxdur. Balıq A və E vitamininin, eləcə də omega-3-ün mənbəyidir.


Bundan əlavə həkim xəstəlikdən sağalanlara rasionlarına yağsız qırmızı əti də əlavə etməyi məsləhət görüb. Ancaq əti qızartmaq və kəskin ədviyyatlardan istifadə məsləhət deyil. Çünki anbiotiklərin qəbulundan sonra mədə-bağırsaq traktına öz işini normallaşdırmaq üçün bir müddət lazımdır. Acı və yağlı qida isə əlavə qıcıqlanmaya səbəb ola bilər.


Zubailova sağlam mədə-bağırsaq üçün tərəvəz şorbalarının xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. Rasionu göyərti, meyvələrlə zənginləşdirmək lazımdır.


İşki qismində isə su ilə yanaşı, müxtəlif kompotlar, kiseldən faydalanmaq olar.

Xəbər lenti