Xəzər Xəbər

Koronavirusun dərmanı Londonda tapıldı, sorağı Bakıdan gəldi: Həm də 1 manat 20 qəpiyə...

Cəmiyyət | 11:25 • 19 İyun 2020
Koronavirusun dərmanı Londonda tapıldı, sorağı Bakıdan gəldi:

Xəbər verildiyi kimi, Böyük Britaniyada koronavirusun müalicəsi üçün tapılan dərman preparatının sınağından sonra Ümumdünya Səhiyyə Təşkilatı bəyanat yayıb.

Təşkilatın yaydığı bəyanatda Oksford Universitetində aparılan sınağın "Dekzametazon” preparatının koronaviruslu xəstələrin ölüm riskini azaltdığını ortaya çıxartdığı vurğlanır. Bu, xüsusilə süni tənəffüs aparatına qoşulan xəstələr üçün ümiddir. Beləliklə, süni tənəffüs aparatına qoşulan xəstələrin ölüm faizini 20 faiz azaltmaq mümkündür. 16 iyunda Britaniya rəsmən bu dərman preparatının koronavirusdan müalicədə istifadəsini təsdiqləyib. Sözügedən ölkədə bu dərmanın bir qutusu 5 funt sterlinqə, təqribən 10 manata satılır.

Aparıcı dünya mətbuatının bu barədə xəbərləri dünya miqyasında sözügedən preparata marağı artırıb.

XəzərXəbər bildirir ki, Cebhe.info-nun əməkdaşı bir neçə aptekdə "Dekzametazon” preparatının olub-olmadığı ilə maraqlanıb. Apteklərdəki ümumi vəziyyət onu göstərib ki, "Dekzametazon” fərqli qablaşdırmalarda var və qiymətlər çox baha deyil. Belə ki, daxil olduğumuz apteklərdən birində "Dekzametazon” iynəsinin olduğunu və qiymətini dedilər:

" "Dekzametazon” var, amma fərqli qablaşdırmadadır. Bu dərman çoxdan satılır. Əsasən allergiya və göz xəstəliklərində istifadə olunur. Yeni dərman deyil. Xüsusi tələbat hiss olunmasa da, ara-sıra alırlar. Bizdə iynəsi var. Bir ampulası 37 qəpikdir. Bir paçkada 25 ampula olur və qiyməti 9 manat 32 qəpikdir. Bunu sistemə də qatırlar”.

Başqa bir aptektə isə eyniadlı dərmanın tabletka formasının olduğunu və bahalı olmadığını dedilər: " "Dekzametazon” varımızdır. Qablaşdırma fərqli ola bilər, amma eyni dərmandır. Bir listdə 50 tabletka olur və qiyməti 1 manat 20 qəpikdir. Koronavirusa qarşı istifadə olunan başqa bir dərman isə "Anaferon”dur. Onun da bir listində 20 tabletka olur və qiyməti 7 manat 91 qəpikdir. Hətta təlimat kağızında da koronavirus əleyhinə olduğu yazılıb. Bu dərmanın daha çox effekt verdiyini deyirlər”.

Həqiqətən də təlimat kağızında koronavirus əleyhinə olduğu qeyd olunub. Digər aptekdə isə "Dekzametazon” olmadığını dedilər: " "Dekzametazon” yoxdur. Əvvəllər olurdu. İndi isə gəlmir. İynənin bir ampulası 40 qəpik idi. Olanları da satmışıq”.

Xəbər lenti