Xəzər Xəbər

“Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb

Cəmiyyət | 16:15 • 18 İyun 2020
“Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyi tərəfindən "Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir.


Nazirlikdən xezerxeber.az-a bildirilib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 10.6-cı maddəsinə əsasən hazırlanmış layihədə abilitasiya, yəni əlilliyi olan şəxslərin mövcud potensialını maksimum inkişaf etdirməklə, onların sərbəst yaşamaq imkanlarının artırılması ilə bağlı münasibətlər tənzimlənir.


Layihədə abilitasiya tədbirlərinin Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən hazırlanaraq təsdiq edildiyi bildirilir.


Qeyd edilir ki, abilitasiya tədbirləri abilitasiya üçün potensial imkan və qabiliyyətlərin qiymətləndirilməsi, abilitasiya nəticələrinin proqnozlaşdırılması və abilitasiya tədbirlərinin müəyyən edilməsi kimi mərhələləri əhatə edir. Əlilliyin müəyyən edilməsindən sonra 10 iş günü ərzində əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əks əlaqə vasitələrinin birinə abilitasiya tədbirlərinin hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir. Əlilliyi olan şəxs əlilliyi ilə əlaqədar gələ bilmədiyi hallarda abilitasiya tədbirləri onun yaşadığı yerdə hazırlanır. Bu tədbirlər hazırlanarkən əlilliyi olan şəxslərin və onların qanuni nümayəndələrinin də fikirləri nəzərə alınır. Hazırlanmış abilitasiya tədbirləri Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) daxil edilir.


Bildirilir ki, abilitasiya tədbirləri əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə 6 ayda bir dəfə aparılmış tədbirlərin effektivliyi və hər hansı əlavə və dəyişikliklərin edilməsi zərurətinin olub-olmaması baxımından yenidən nəzərdən keçirilir. TSEK əlilliyi olan şəxsin özünə və (və ya) onun qanuni nümayəndəsinə abilitasiya tədbirlərinin məqsədi, vəzifəsi, proqnozu, sosial-hüquqi səmərəsi və gözlənilən nəticələr barədə məlumat verməlidir.


Layihədə bu tədbirlərin müddətinin əlilliyi olan şəxsin sağlamlığında mövcud olan və əlilliyə səbəb olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının ağırlıq dərəcəsindən asılı olaraq TSEK tərəfindən müəyyən edildiyi də əksini tapır.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
527 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti