Xəzər Xəbər

Azərbaycana 41 təcili tibbi yardım avtomobili və Ambulans-Perinatal gətirilib

Cəmiyyət | 15:25 • 18 İyun 2020
Azərbaycana 41 təcili tibbi yardım avtomobili və Ambulans-Perinatal gətirilib

Ölkə üzrə icbari tibbi sığortanın tətbiqi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən respublikaya ümumilikdə 41 ədəd olmaqla, 39 ədəd yeni, müasir avadanlıqlarla təchiz olunan təcili tibbi yardım avtomobili və 2 ədəd Ambulans-Perinatal gətirilib.


Agentlikdən xezerxeber.az-a verilən xəbərə görə, Ambulans-Perinatal tibb müəssisələrində anadan olan patoloji yenidoğulmuşların burada göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları üçün müvafiq perinatal mərkəzlərə çatdırılmasını həyata keçirəcək. Bu avtomobillər yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün bütün lazımi tibbi avadanlıqlar və küvez aparatları ilə təchiz ediliblər. Qeyd edək ki, respublikaya gətirilən yeni, müasir standartlara cavab verən Ambulans-Perinatal ölkə səhiyyəsində yenilikdir.

39 ədəd təcili tibbi yardım avtomobilinin salonlarının təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir. Avtomobillər bir sıra özünəməxsus özəlliklərə malikdirlər. Belə ki, ambulanslar kardiomonitor, 3 növ xərək, vakuum şinalar, salondakı hərarəti tənzimləmək üçün klimat-kontrol, işıqlanma sistemi (evimə qədər ötür) və s. xüsusiyyətlərlə təchiz ediliblər.


Avtomobillər ölçü baxımından kiçik olmaları ilə də fərqlənirlər. Bu da onlara tıxac və ya dar olan küçələrdə sərbəst manevr etməyə imkan verir. Həmçinin avtomobillər daha az yanacaq sərf edirlər. "Fiat” markalı "Doblo” modeli təcili tibbi yardım avtomobilləri Türkiyə Respublikasında istehsal olunublar.


Qeyd edək ki, təcili tibbi yardım avtomobilləri Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (15 ədəd), Sumqayıt şəhər Təcili Tibbi Yardım Stansiyasına (10 ədəd) və Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasına (7 ədəd) təhvil veriliblər.


Bu ilin sonuna kimi daha 41 ədəd təcili tibbi yardım avtomobilinin və 2 ədəd Ambulans-Perinatalın ölkəyə gətirilməsi nəzərdə tutulub.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
547 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti