Xəzər Xəbər

Əmək Məcəlləsinə dəyişiklik təklif edilir

Cəmiyyət | 16:25 • 17 İyun 2020
Əmək Məcəlləsinə dəyişiklik təklif edilir

Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni qanun layihəsində Məcəllənin 47-ci maddəsinin təkmilləşdirilməsi də təklif edilir.


Nazirlikdən xezerxeber.az-a verilən məlumata görə, mövcud qanunvericiliyə əsasən, işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Məcəllənin 47-ci maddəsində müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddətsiz bağlanmalıdır. Lakin təcrübə göstərir ki, bir sıra hallarda Məcəllənin 47-ci maddəsinin f bəndi (Həmin bəndə görə, işəgötürən və işçinin qarşılıqlı razılığı ilə də əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər) işəgötürənlər tərəfindən sui-istifadə hallarına şərait yaradır.


Nəticədə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu halda işçilərlə müddətli əmək müqavilələrinin bağlanması faktlarına rast gəlinir.

Xəbər lenti