Xəzər Xəbər

ÜST deksametazon preparatı ilə bağlı mövqeyini açıqladı

Cəmiyyət | 14:17 • 17 İyun 2020
ÜST deksametazon preparatı ilə bağlı mövqeyini açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasına qarşı mübarizədə Böyük Britaniyada deksametazon adlı dərman preparatı ilə aparılan kliniki tədqiqatları həyat qurtaran elmi sıçrayış kimi dəyərləndirib.


Bu tədqiqat çərçivəsində tətbiq edilən deksametazon kortikosteroidi ilə COVID-19-a yoluxmuş xəstələrdə ölüm səviyyəsi aşağı salına bilər. Bu preparat artıq süni tənəffüs aparatları vasitəsilə oksigenlə təmin olunan xəstələrdə ölüm hallarının aşağı düşdüyünü elmi şəkildə isbat edən ilk müalicə formasıdır.


ÜST-ün rəhbəri Tedros Adhanom Qebreyesus bu tədqiqatın nəticələrini möhtəşəm yenilik kimi dəyərləndirib və Britaniya hökumətini təbrik edib.


Oksford Universitetinin bir qrup tədqiqatçılarından ibarət heyət hökumətin də maliyyələşdirdiyi tədqiqat çərçivəsində on gün müddətində koronavirusa yoluxmuş iki mindən artıq pasiyenti həmin dərman preparatı ilə müalicə edib. Elmi dairələr tərəfindən hələ rəy verilməyən kliniki tədqiqatın ilkin nəticələrinə əsasən pasiyentlərin üçdəbir hissəsində ölüm riski aradan qalxıb.


"Recovery” adlı tədqiqat çərçivəsində tədqiqatçılar Böyük Britaniyanın 175 xəstəxanasında 11500 xəstə üzərində müxtəlif dərman preparatlarının kliniki tədqiqatını aparırlar. Deksametazon preparatı ilə uğurlu nəticə ÜST-nin diqqətini cəlb edib və onun COVID-19-a qarşı müalicə protokolunda standart prosesin tərkibinə daxil ediləcəyi gözlənilir.

Rubrikanın digər xəbərləri

NİİM-dən svetoforlarla bağlı vətəndaşlara
NİİM-dən svetoforlarla bağlı vətəndaşlara MÜRACİƏT
14:15 • 18 Aprel 2024
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ
Azərbaycanda satılan yağlarla bağlı araşdırma BİTDİ NƏTİCƏLƏR AÇIQLANDI
13:34 • 18 Aprel 2024
Azərbaycanda pensiyaların verilməsi yubanır?
Azərbaycanda pensiyaların verilməsi yubanır? RƏSMİ AÇIQLAMA
13:12 • 18 Aprel 2024
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı
Türkiyə-Azərbaycan Universiteti ilə bağlı YENİ XƏBƏR
13:06 • 18 Aprel 2024
I sinifə qəbulda yeniliklər
I sinifə qəbulda yeniliklər AÇIQLANDI
13:01 • 18 Aprel 2024
Sabahın hava
Sabahın hava PROQNOZU
12:37 • 18 Aprel 2024
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək
9 illik baza üzrə buraxılış imtahanı keçiriləcək DƏQİQ TARİX
11:30 • 18 Aprel 2024

Xəbər lenti