Xəzər Xəbər

COVID-19 keçirmiş xəstələrdə yeni, daha güclü anticisimlər aşkar edilib

Cəmiyyət | 18:28 • 16 İyun 2020
COVID-19 keçirmiş xəstələrdə yeni, daha güclü anticisimlər aşkar edilib

Amsterdam Universitetinin Tibbi Mərkəzinin tədqiqatçıları COVID-19-dan sağalmış pasiyentlərdə yeni, daha güclü anticisimlər aşkar ediblər. Bu anticisimlər daha əvvəl koronavirusa yoluxmuş pasiyentlərin orqanizmində yaranan anticisimlərlə müqayisədə virusa daha güclü müqavimət göstərir. AZƏRTAC bu haqda NL Times nəşrinə istinadla xəbər verir.


Alimlər koronavirusdan müalicə baxımından çox ümidverici dərmanın yaradılmasında kömək edə biləcək iki protein tapıblar. Tədqiqatın rəhbəri doktor Marit van Qils deyib: "Bu yeni anticisimlər əvvəlkilərdən yüz dəfə güclüdür”. Qeyd edilir ki, əgər anticisimlər daha güclüdürsə, deməli, effektiv müalicə üçün onlar daha az tələb olunacaq, yəni onlardan hazırlanan dərman daha ucuz başa gələcək.


Doktor Marit van Qils deyib: "Biz COVID-19-a yoluxmuş pasiyentlərin qanından götürülmüş bütün anticisimləri laboratoriyada yoxlamışıq və ən güclü variantları seçmişik”.


Növbəti addımla sübut etmək lazımdır ki, anticisimlərin tətbiqi təhlükəsizdir. Əvvəlcə laboratoriya heyvanları üzərində testlər keçiriləcək. Əgər bu testlər uğurlu olsa, insanlar üzərində sınaqlar başlanacaq. Doktor van Qils ümid edir ki, insanlar üzərində sınaqlar gələn ilin əvvəlində başlana bilər. Bundan sonra genişmiqyaslı istehsala başlamaq mümkün olacaq.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
413 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti