Xəzər Xəbər

“Azərişıq” gücləndirilmiş iş rejimini davam etdirəcək

Cəmiyyət | 13:38 • 5 İyun 2020
“Azərişıq” gücləndirilmiş iş rejimini davam etdirəcək

Operativ Qərargahın Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda ikigünlük sərt karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq "Azərişıq” ASC qarşıdakı günlər ərzində də gücləndirilmiş iş rejimini davam etdirəcək.

ASC-dən XəzərXəbər-ə bildirilib ki, istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün Qəza xidmətləri minimum işçi sayı ilə öz vəzifələrini icra edəcəklər. Abonentlərimizdən xahiş edirik ki, hər hansı bir qəza halı yaranarsa 24 saat fasiləsiz fəaliyyət göstərən 199 Çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

Onu da qeyd edək ki, istehlakçılar pandemiya dövründə ödənişləri onlayn qaydada, evdən çıxmadan həyata keçirə bilərlər. Bunun üçün "Azərişıq” ASC-nin rəsmi saytında ("azerishiq.az”) istənilən şəxs elektron ödəniş etmək imkanına malikdir. Sistemə bütün növ platformalardan və smartfonlardan daxil ola bilərlər.

Xəbər lenti