Xəzər Xəbər

Halsızlıq və başgicəllənməsi olanların nəzərinə Koronavirus təhlükəsi...

Cəmiyyət | 12:01 • 3 İyun 2020
Halsızlıq və başgicəllənməsi olanların nəzərinə

Son günlər Azərbaycanda koronavirusa yoluxma hallarının artdığı müşahidə olunur.

Bəs bu virusa yoluxma hallarını necə müəyyən etmək olar?

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev BAKU.WS-ə açıqlamasında bildirib ki, əgər kimdəsə hansısa narahatlıq müşahidə olunursa, mütləq təcili yardıma müraciət etməlidir.

"Özünü narahat hiss edən şəxs özü həkimə getməsin. Çünki ola bilər ki, həmin şəxsdə virus əlaməti ola bilər və o, təmasda olduğu digər şəxsləri yoluxdura bilər. Həkim çağırışdan sonra gəlir, xəstəni müayinə edir. Əlamətlər olduqda isə analiz götürür.

Heç kim özbaşına, mütəxəssisə müraciət etmədən müalicə olunmamalıdır. Kimsə özündən həkimlik etməməlidir”, - deyə baş infeksionist bildirib.

Cəlal İsayev deyir ki, xəstəliyin əlamətləri hamıda eyni olmur:

"Qusma, ishal, halsızlıq, başgicəllənmə, temperaturun azca qalxması ola bilər.

Bəzən xəstəliyə yoluxan insanlarda həmin əlamətlər olmur. İstənilən bir narahatlıq müşahidə olunduqda mütləq həkimə müraciət etmək lazımdır.

Təcili yardımın koronavirusa görə götürdüyü analizlər pulsuzdur. Bu analizlər dövlət hesabına həyata keçirilir. Özəl xəstəxanalarda COVİD-19 virusuna görə analizlər aparılmır.

Virusa yoluxanların 85 faizə qədərində xəstəlik yüngül keçir. Onların da bir qismində heç bir əlamət büruzə vermir. Həmin şəxslərə daşıyıcı da deyilir”.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti