Xəzər Xəbər

Şagirdlərin dərslikləri nə vaxt qaytaracağı açıqlanıb

Cəmiyyət | 17:27 • 2 İyun 2020
 Şagirdlərin dərslikləri nə vaxt qaytaracağı açıqlanıb

"Təhsil işçilərindən, məktəb və sinif rəhbərlərindən xahiş edirəm ki, Təhsil Nazirliyinin verdiyi təlimatları diqqətlə oxusunlar. XI siniflərin dərsliklərini qaytarması bu il iyunun 15-nə qədər davam etməlidir".


Xezerxeber.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.


Onun sözlərinə görə, II-IV, VI-VIII, X siniflərdə bu proses 1-15 avqustda davam edəcək. I-V siniflərdə dərsliklərin qaytarılması 1-15 sentyabrda davam edəcək. İstənilən fiziki təmas prosesində Operativ Qərargahın qaydalarına əməl edilməlidir.


Xəbər lenti