Xəzər Xəbər

Müəllimlərin işə çağırılması zamanı kimlərə güzəşt olunacağı açıqlanıb

Cəmiyyət | 17:23 • 2 İyun 2020
Müəllimlərin işə çağırılması zamanı kimlərə güzəşt olunacağı açıqlanıb

"Martın 2-dən ölkə ərazisində tədris dayandırılıb. Bu dayandırılma tədris ilinin sonuna qədər davam edir".


Xezerxeber.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.


Onun sözlərinə görə, hazırda məktəblərdə qiymətləndirmə prosesinin necə olacağı hamını maraqlandırır: "Mayın 22-də müvafiq təlimat məktubu hazırlanıb və bütün məktəblərə göndərilib. Burada daha çox məktəbdaxili qiymətləndirmənin necə aparılması qeyd edilib. Məktəbdaxili qiymətləndirmənin bütün siniflər üzrə hansı formada aparılması barədə dəqiq yazılıb. Bu zaman ikinci zərurət odur ki, məktəbə getmək necə olmalıdır? Şagirdlərin sinifdən sinfə keçməsi üçün qərar olmalıdır. Xüsusi karantin rejimi başa çatmadığına, kütləvi tədbirlər tövsiyə edilmədiyinə görə zərurət yarandı ki, təlimati məktub hazırlansın. Bu məktub tədris ilinin başa vurulması və zəruri tədbirlərlə bağlıdır. Burada bənd-bənd qeyd edilib.


Birinci bənd ümumtəhsil müəssisələrində işçilərin işə çağırılması ilə bağlıdır. Öhdəsində 7 yaşına qədər uşaqlara, yaşlılara və tibbi yardıma ehtiyacı olanlara qulluq edən şəxslərin işə gəlməyi istisna edilir.


İkinci kateqoriya yaşı 65-dən yuxarı olan əməkdaşlardır. Bu kateqoriyadan olan şəxslər ən böyük risk qrupuna daxildir.


Üçüncü kateqoriya Bakıda çalışan, başqa regionda yaşayan müəllimlərə aiddir. Yəni, yaşadığı yerdən kənarda yaşayan müəllimlərə də güzəşt olunur".

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti