Xəzər Xəbər

Azərbaycanda hansı orqan və toxumaların transplantasiya oluna biləcəyi açıqlanıb

Cəmiyyət | 18:29 • 1 İyun 2020
Azərbaycanda hansı orqan və toxumaların transplantasiya oluna biləcəyi açıqlanıb

Transplantasiya obyekti olan orqan və toxumaların siyahısı müəyyənləşir.


Xezerxeber.az-ın məlumatına görə, bu, iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsində müzakirəyə çıxarılacaq "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində əksini tapıb.


Layihəyə əsasən, meyit donordan transplantasiya məqsədilə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası, kök hüceyrələr və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər orqan və toxumalar götürülə bilər.


Eyni zamanda canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.


Həmçinin, layihədə qeyd edilib ki, Azərbaycan Respublikasında ksenotransplantasiya (elmi-tədqiqat işləri istisna olmaqla) qadağandır.


Qanun layihəsinə, əsasən, donor orqanın götürülməsini və transplantasiyasını həyata keçirən tibb müəssisələri də müəyyən edilib. Layihəyə əsasən, canlı donordan, yaxud meyit donordan donor orqanın götürülməsi, hazırlanması (konservasiyası), saxlanması, daşınması, transplantasiyası, ölkəyə gətirilməsi və ölkədən çıxarılması yalnız bu fəaliyyətlə məşğul olmağa lisenziyası olan tibb müəssisələri tərəfindən həyata keçirilir.


Orqanların götürülməsi, hazırlanması (konservasiyası) və saxlanması qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.


Transplantasiyanın qaydaları və şərtləri isə aşağıdakı kimidir:


- Transplantasiya tibbi göstəriş əsasında cərrahiyyə əməliyyatı qaydalarına riayət etməklə aparılır.


- Transplantasiyanın qaydaları və şərtləri, onun həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti