Xəzər Xəbər

Baş Prokurorluq: Yusif Səmədov koronavirusdan vəfat etməyib

Cəmiyyət | 17:59 • 1 İyun 2020
Baş Prokurorluq: Yusif Səmədov koronavirusdan vəfat etməyib

Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhər prokurorluğunun əməkdaşı Yusif Səməndərovun guya yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxması səbəbindən vəfat etməsi, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Bakı şəhər prokurorluğunda onunla ünsiyyətdə olan şəxslərdə koronavirusla bağlı edilmiş test nəticələrinin bir neçə əməkdaşda pozitiv çıxması barədə yalan məlumatlar yayılıb.


Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Kütləvi informasiya vasitələri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur: "Bildiririk ki, koronavirusla mübarizə ilə bağlı həyata keçirilən profilaktiki tədbirlər çərçivəsində prokurorluq əməkdaşları testlərə cəlb edilib, onlardan yalnız birində koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb. Həmin əməkdaşın hazırda sosial izolyasiya rejimində müalicəsi həyata keçirilir.


Aparılmış araşdırmalarla Yusif Səməndərovun "kəskin ürək və tənəffüs çatışmazlığı” diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə daxil olması və həmin xəstəlikdən mayın 31-də vəfat etməsi, eyni zamanda onun koronavirus test nəticəsinin neqativ çıxması müəyyənləşdirilib".


Baş Prokurorluq kütləvi informasiya vasitələrinə bir daha xəbərdarlıq edir ki, bu qəbildən olan yalan informasiyaların yayılmasını həyata keçirən KİV-lər barəsində ən ciddi tədbirlər görüləcəkdir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti

Çox oxunanlar