Xəzər Xəbər

DİN: Restoranlar bu gündən etibarən saat 22.00-dək işləyə bilər

Cəmiyyət | 17:34 • 31 May 2020
DİN: Restoranlar bu gündən etibarən saat 22.00-dək işləyə bilər

"Bu gündən etibarən bütün restoranlar saat 22.00-dək qədər fəaliyyət göstərə bilər”.


Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.


O bildirib ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı var: "İctimai iaşə obyektləri saat 22.00-a qədər sosial məsafəni qorumaq şərti ilə fəaliyyət göstərə bilər. Polis və Daxili Qoşunların hərbi qulluqçuları həmin qərarın icrasına nəzarəti həyata keçirəcək”.

Xəbər lenti