Xəzər Xəbər

Bayram günlərində 5 nəfər dərmandan zəhərlənib

Cəmiyyət | 15:13 • 30 May 2020
Bayram günlərində 5 nəfər dərmandan zəhərlənib

"Bayram günlərində 5 nəfər dərmandan zəhərlənib, 3 nəfər dərman mənşəli allergik reaksiya ilə Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edib".


Bunu APA-ya açıqlamasında Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, Baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, dərman zəhərlənmələrindən ölüm halı qeydə alınmayıb.


Baş toksikoloq qeyd edib ki, bayram günlərində 5 nəfər spirtli içkidən zəhərlənmə şübhəsi ilə sərxoş halda KTM-ə gətirilib. Onlara rəy verildikdən sonra evə buraxılıblar. A.Maqsudovun sözlərinə görə, son günlərdə 1 nəfər Bakı sakini ilan sancmasından zəhərlənib.

Xəbər lenti