Xəzər Xəbər

Niyə isti havalarda xəstə oluruq?

Cəmiyyət | 12:52 • 27 May 2020
Niyə isti havalarda xəstə oluruq?

İsti havalarda xəstə olan birini görəndə şübhəsiz ağlımızdan ilk bu sual keçir: "Belə gözəl havada necə xəstə olmaq olar?” Çox təəssüf ki, gözəl havalarda da immuntet aşağı düşərək xəstələnmək mümkündür.

Mütəxəssislər bunun əsas səbəblərini açıqlayıblar.

Xarici qulaq iltihabı
Mütəxəssislər bildiriblər ki, dəniz ən əsas da hovuz suyu xarici qulaq kanalındakı qoruyucu aşağı PH səviyyəsini yüksəldərək qulaqda mikrobların yerləşib artmağına səbəb olur. Qulağınızda şiddətli ağrıların olmasını istəmirsinizsə təmizliyindən əmin olduğunuz istirahət mərkəzlərinə getməyiniz məsləhət görülür.

Yuxarı tənəffüs yolu infeksiyası
Bu problem qış aylarında olduğu kimi yaz aylarında da özünü göstərir. Araşdırmalara görə insan üçün ideal tempratur 22-24 dərəcə arasında olmalıdır. Onun üçün də insanlar otağın sahəsinə uyğun kondisioner seçməli və onu hər zaman normal tempraturda saxlamlıdır. Əks halda quru hava üst tənəffüs yolundakı mikrobların artmasına səbəb olur.

Yaz və yay aylarında olan allergiya
Əgər isti aylarda allergiya probleminiz varsa, gözəl istirahət günlərinizin korlanmasını istəmirsinizsə əvvəlcədən həkimə müraciət etməyiniz məsləhət görülür. Çünki isti havada polenin miqdarı artır və bu da allergiyanın yaranmasına səbəb olur. Allergiya isə astma, burun tıxanıqlığı, axıntı və asqırmaya gətirib çıxarır.

Burun qanaxması
İsti və quru hava burun qanaxmalarının olmasına şərait yaradır. Əgər belə bir problem sizdə varsa günəşli vaxtlarda havaya çıxmamağınız və mütəxəssisə müraciət etməyiniz məsləhət görülür.

Zədə riski
İsti aylarda istirahətə gedən zaman daha çox fiziki hərəkətlərlə məşğul olduğunuz üçün zədə almaq riski də bir o qədər artır. Onun üçün də sizi çətin vəziyyətə salmayan və daha uyğun idman növləri ilə məşğul olmağınız tövsiyyə olunur.

Xəbər lenti

Çox oxunanlar