Xəzər Xəbər

Alimlərdən şok araşdırma Meyvə və tərəvəzləri bu formada yeyin

Cəmiyyət | 18:04 • 25 May 2020
Alimlərdən şok araşdırma

Orqanizmin sağlam qalması üçün müntəzəm olaraq meyvə və tərəvəz qəbulu vacibdir. Ancaq bu qidaların qəbulu toksiki kimyəvi maddələrin də bədənə daxil olmasına səbəb ola bilər.

Türkiyəli tədqiqatçılar küçə bazarlarından toplanan qida nümunələrinin 25 faizinin üzərində kimyəvi maddələrin olduğunu müəyyən ediblər.

Ekspertlər tövsiyə edir ki, sertifikatlaşdırılmış orqanik məhsulları istehlak etməklə pestisid qalıqlarından qorunmaq mümkündür. Orqanik istehsal olunmayan tərəvəz və meyvələrdə kimyəvi maddələrdən xilas olmaq üçün bəzi sadə vasitələr də mövcuddur.

1 xörək qaşığı ağ sirkə ilə 1 litr suyu qarşıdırıb, meyvə və tərəvəzləri 15 dəqiqə bu suda saxlayın. Daha sonra ərzaqları axar soyuq su altında yaxşıca yumaq dərman qalıqlarının 70-80 faizindən təmizləyir. Bu üsulu çiyələk, moruq kimi həssas meyvələr üzərində tətbiq etməyin.

Təzə tərəvəz və meyvələr istehlak etməzdən əvvəl bu üsulu tətbiq etmək faydalıdır./Teleqraf.com

Xəbər lenti