Xəzər Xəbər

Koronavirusa yoluxanlar oruc tuta bilərmi? Mütəxəssislər açıqlayır

Cəmiyyət | 15:13 • 24 Aprel 2020
Koronavirusa yoluxanlar oruc tuta bilərmi?

Ramazan ayının koronavirusun yayıldığı dövrə təsadüf etməsi bir çox suallar yaradıb.

Bu suallardan biri də koronavirusa yoluxub daha sonra sağalmış birininoruc tuta bilib-bilməməsi ilə bağlıdır.

Mütəxəssislər şəkər, böyrək, qaraciyər və digər xroniki xəstəlikləri olan, 65 yaşdan yuxarı risk qrupuna daxil insanların, həmçinin, immun sistemi zərər görmüş şəxslərin oruc tutmamasını tövsiyə edir.

Koronavirusa qarşı immun sisteminin güclü olması ən böyük silahdır. Buna görə də sağlam qidalanma, meyvə-tərəvəz, taxıl və ət məhsullarını balanslaşdırılmış şəkildə qəbul etmək məsləhət görülür. Lakin burada insanların peşə və həyat tərzlərinin nəzərə alınması da önəmlidir. Məsələn, mütəxəssislər bildirir ki, ağır işdə çalışanlar və tibb işçiləri dini vəzifələrini fərqli yollarla yerinə yetirə biləcəklərini bildirir.

Bundan başqa, koronavirus infeksiyasına qalib gəlmiş, lakin karantin müddəti davam edən şəxsin həkim tərəfindən ac qalması uyğun görülürsə, oruc tuta bilər. Lakin bu vəziyyət immun sisteminə görə dəyişə bilər.

Uzun müddət ac qalmaq immuniteti zəiflədirmi?

Bu istiqamətdə aparılan araşdırmalar kifayət qədər olmadığı üçün elm adamları konkret fikir irəli sürmür. Lakin nizamlı və sağlam qidalanan insanların immun sisteminin digərlərinə nisbətən daha möhkəm olması artıq sübut olunmuş faktdır./publika.az

Xəbər lenti