Xəzər Xəbər

Ramazan ayı boyunca tövsiyə edilən ən təbii həzm dərmanı Hamilə qadınlar və qapalı yerdə işləyənlər...

Cəmiyyət | 12:26 • 24 Aprel 2020
Ramazan ayı boyunca tövsiyə edilən ən təbii həzm dərmanı

Xüsusilə ət yeməklərinin yanında üstünlük verdiyimiz içkilərdən biri də ayrandır.

Qəbizlikdən qastritə qədər bütün həzm sistemi xəstəliklərinə faydası olan ayran mütəxəssislər tərəfindən Ramazan ayı boyunca tövsiyə edilən içkilərdən biridir.

Qatıqdan hazırlanan ayranın xam maddəsindən əlavə faydaları da mövcuddur. Bunlardan biri orqanizmin maye səviyyəsini yüksəltməsidir.

Tərkibində sodium, protein, kalium, fol, tiamin, A, B, C, E, K, və B12 vitaminləri var.

Dietoloqlar Ramazan ayında imsak menyusunda ayrana üstünlük verməyin daha sağlam qərar olduğunu bildirir. Bu dövrdə yağlı və duzlu yeməklər yeyildiyi üçün həzm sistemi çətinliyə düşür. Onun işini asanlaşdırmaq üçünsə ayrana ehtiyac var. Tərkibində yüksək miqdarda duz olan qidalar gün ərzində kəskin susuzluq yaradır. İmsakda şəkər və şəkərli qidalar yemək isə qanda şəkərin miqdarının sürətli şəkildə dəyişməsinə gətirib çıxarır. Bu da aclığın daha tez hiss edilməsinə yol açır. Ayran bütün bu problemlərlə qarşılaşmağa imkan vermir. Üstəlik, toxluq hissi yaradır və orqanizmi protein, vitamin, minerallarla zənginləşdirir. Südə nisbətən ayranda daha az laktoza var. Buna görə də bədəndə şişkinlik yaratmır.

Ayranın müxtəlif istiqamətlər üzrə orqanizmə faydaları:

- Mövsümi keçidlərdə orqanizmdəki təzyiq və istilik miqdarını balanslaşdırmaqda yardımçı olur. Beləliklə, bədəni mövsümi xəstəliklərə hazırlayır. Yeməkdən sonra içiləndə tər vəzilərinin kəskin işini normallaşdırır.

- Çox insan yeməkdən sonra həzmsizlik, şişlik və qaz problemi yaşayır. Bu durumlarla qarşılaşmamaq üçün yeməkdən sonra 1 stəkan ayran içilməsi məsləhət görülür. Bağırsaq florasını balanslaşdırmaqda effektivdir. Toksinlərin yığılmasının qarşısını alır.

- Artıq çəkidən qurtulmaq istəyənlərin menyusunda daim yer alır. Bədənin uzun müddət enerjili və tox qalmasını təmin edir. Bunun sayəsində günün stressindən qurtulmuş olursunuz. Xüsusilə qapalı məkanlarda işləyənlərin hər gün istifadə etməsi məsləhət görülür.

- Dərinin elastikliyi üçün faydalıdır. Tonik kimi istifadə edilə bilər.

- Sümük və əzələnin inkişafında əvəzsizdir. Mütəxəssislər yeniyetmə və hamilələrin ayrandan istifadə etməsini təkidlə tövsiyə edir.

- Xolesterol damarların tıxanmasına səbəb olur. Bu da ürək problemləri yaradır. Bu problemlərin qarşısını almağın ən sağlam yolu ayrandır. O, həm də təzyiqin normallaşmasına yardımçı olur./publika.az

Xəbər lenti