Xəzər Xəbər

Koronavirusun müalicəsində İNQİLAB: 100 milyon...

Cəmiyyət | 12:13 • 23 Aprel 2020
Koronavirusun müalicəsində İNQİLAB:

ABŞ Qida və Dərman İdarəsi (FDA) koronavirus xəstələrinin müalicəsi üçün yeni hüceyrələrə çevrilmək və özlərini bərpa etmək qabiliyyətinə sahib mezenximal kök hüceyrələrin istifadəsini ehtiva edən klinik araşdırmanı təsdiqləyib.

Bu barədə "Clinical Trials Arena” saytı məlumat yayıb.

Bildirilib ki, Texas ştatında yerləşən "Hope Biosciences” şirkətinin ikinci mərhələ kliniki sınaqlar üçün müraciəti qəbul edilib. Şirkət Hyuston şəhərindəki River Oaks xəstəxanasında keçiriləcək sınaqlarda COVID-19 müalicəsi alan 110 xəstəyə yağ mənşəli mezenximal kök hüceyrələri ilə (HB-adMSCs) başqa müalicə üsulu tətbiq ediləcək. Xəstələrə 10 günlük periodda 4 dozada 100 milyon mezenximal kök hüceyrəsi inyeksiya olunacaq.

Şirkətin qurucusu və İdarə heyətinin sədri Donna Çanq müalicənin hədəfinin kliniki vəziyyəti ağır xəstələri süni tənəffüs aparatları qoşulmadan sağaltmaq olduğunu deyib: "Mezenximal kök hüceyrə tətbiq edilən xəstənin immun sisteminin koronavirusun verdiyi zərərə müqavimət göstərməsini və hüceyrələrin yenilənməsini təmin etməyi istəyirik. Xəstələri süni tənəffüs aparatına bağlanmaqdan xilas edə bilsək, həyatda qalma şanslarını artıra bilərik”./publika.az

Xəbər lenti