Xəzər Xəbər

Samuxda bələdiyyə sədri cərimələnib

Cəmiyyət | 15:58 • 22 Aprel 2020
Samuxda bələdiyyə sədri cərimələnib

Tullantıların düzgün idarə edilməməsinə görə bələdiyyə sədri cəzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xezerxeber.az-a bildirilib ki, nazirliyə Samux rayonu Hacıalılı kəndi ərazisində məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

Araşdırma zamanı fakt təsdiqini tapıb. Ərazidə tullantıların qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkarlanıb. Tullantıların idarə olunmasına cavabdeh Hacıalılı bələdiyyəsinin sədri Nizami Abbasov barəsində protokol tərtib olunub və o, 3500 manat məbləğində cərimə edilib.

Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli "məcburi göstəriş” verilib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
522 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti