Xəzər Xəbər

“ASAN xidmət”in dəstəyi ilə şəffaf maskalar hazırlanıb - FOTO

Cəmiyyət | 21:19 • 21 Aprel 2020
“ASAN xidmət”in dəstəyi ilə şəffaf maskalar hazırlanıb -

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə "INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidenti olan "Sumaks Technologies” şirkəti tərəfindən ilkin olaraq 2 min ədəd şəffaf maska (üz sipəri) hazırlanıb.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a bildiriblər ki, insan həyatı üçün təhlükəsiz və ekoloji təmiz məhsul olan bu maskalar xüsusi 3D printer vasitəsilə hazırlanır və hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.

Bu maskalarla ilk olaraq "COVID-19” pandemiyasına qarşı mübarizə ilə əlaqədar vəzifə tələbinə uyğun olaraq kütləvi təmasda olan polis və jurnalistlər təmin olunacaqlar. Eyni zamanda, açıq satışda olacaq bu maskalar birdəfəlik deyil, bir neçə dəfə istifadə oluna bilər.

Xəbər lenti