Xəzər Xəbər

Məleykə Abbaszadə: Qiymətləndirmənin ədalətliliyini qoruyub saxlamalıyıq

Cəmiyyət | 14:44 • 21 Aprel 2020
Məleykə Abbaszadə: Qiymətləndirmənin ədalətliliyini qoruyub saxlamalıyıq

Bu gün dünyada COVID-19 pandemiyası şəraitində imtahanlarla əlaqədar müxtəlif təkliflər, variantlar işlənir. Bizim də beynəlxalq tərəfdaşlarımız var. Biz onlarla dialoqdayıq: hansı alətləri biz Azərbaycanda tətbiq edə bilərik? Bu proseslərdə bizim əsas prinsipimiz belədir: qiymətləndirmənin ədalətliliyini qoruyub saxlamalıyıq. Əgər hər hansı yeni növ imtahanı tətbiq ediriksə, o imtahan elə olmalıdır ki, qiymətləndirmə prosesi ədalətli keçməlidir. Kiminsə internetə əlçatmazlığı, kiminsə internetinin fasiləsiz olmaması, kiminsə bu imtahanda iştirak etmək üçün, ümumiyyətlə, evində lazımi qurğu olmaması o demək deyil ki, o insan qiymətləndirmədən kənarda qalmalıdır. Biz bütün alternativ variantları da işləyirik və bu prosesi, insanların sağlamlığını qorumaqla, eyni zamanda, qiymətləndirmənin ədalətli olması prinsipi əsasında quracağıq.

Xezerxeber.az xəbər verir ki, bu fikri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə aprelin 21-də keçirdiyi onlayn mətbuat konfransında səsləndirib.

Xəbər lenti